Rus ekspert Ermənistanda müharibədən sonrakı vəziyyət haqqında: “Pis sülh yaxşı müharibədən yaxşıdır”
“Rusiya prezidenti Vladimir Putinin iyulun 17-də Moskvada Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşdə hansı çətin və kəskin məsələlər haqqında danışdığını zaman göstərəcək”. Ordu.az xəbər verir ki, bunu Avrasiya Xalqları Assambleyasının baş katibi, Rusiyanın əməkdar iqtisadçısı Andrey Belyaninov deyib. Andrey Belyaninov ilk növbədə hərbi əməliyyatların dayandırılmasını vurğulayıb və qeyd edib ki, vəziyyət o qədər də sabit və qənaətbəxş olmasa da, necə deyərlər, “pis sülh yaxşı müharibədən yaxşıdır”. “Lakin digər tərəfdən yenə də sülh bənzər münaqişədən daha yaxşıdır. Düşünürəm ki, zaman göstərəcək”, – deyə o bildirib. Alpər Mövludoğlu